Ronaldodan PKK terroru ilə bağlı mesaj

10-09-2015, 15:51           
Ronaldodan PKK terroru ilə bağlı mesaj
"Bizimyol" xəbər verir ki, "Real Madrid" futbol klubunun ulduz futbolçusu Cristiano Ronaldo, Türkiyədəki terror hücumlarına səssiz qalmayıb. Ronaldo köməkçisi Jorge Mendes vasitəsiylə Türkiyəyə mesaj göndərib: "Acınızı paylaşırıq. "Ronaldo sosial şəbəkələrdə mövzu ilə bağlı bir şey yazmadı" deyə hadisələrdən xəbərinin olmadığı düşünülməsin. Çox sayda paylaşım istəyi olduğu üçün bunu çatdırmaq mümkün olmur.

Bundan əlavə "Real Madrid" futbol klubu artıq futbolçunun sosial şəbəkədəki hesabını idarə etməyə qərar verib. Hər paylaşım klub tərəfindən təsdiqləndikdən sonra yayımlanır. Amma Ronaldo Türkiyəni və türkləri çox sevir. Sizlərlə eyni duyğular içindəyik və acınızı paylaşırıq."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]