Döyüş təyyarələri yenidən Qəndili bombardman etdi

11-09-2015, 21:40           
Döyüş təyyarələri yenidən Qəndili bombardman etdi
Türkiyənin Diyarbəkir vilayətində bu gecə hava nəqliyyatının sıx olduğu və bunun Türk Hava Qüvvələrinin Qəndil dağlarını bombalaması ilə bağlı olduğu bildirilir.

Avropa.info xəbər verir ki, Diyarbəkirdə gecə saatlarında döyüş təyyarələrinin uçuşlarının çoxluğu diqqətdən yayınmayıb.

Əldə olunan məlumata görə Türkiyənin Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri PKK terror təşkilatının həm ölkə daxilindəki, həm də ki, Qəndil dağlarındakı mövqelərini bombardman edib.

Diyarbəkirdən gecə saatlarında havaya qalxan təyyarələrin bombardmanı nəticəsində çoxlu sayda PKK terrorçusunun məhv edildiyi bildirilir.

F16 tipli döyüş təyyarələri pilotsuz təyyarələr vasitəsilə müəyyən olunan mövqelərə hava zərbələri endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]