İlon Mask Ukraynadakı dövlət çevrilişini tanıyıb

26-02-2023, 11:58           
İlon Mask Ukraynadakı dövlət çevrilişini tanıyıb
"2014-cü ildə Ukraynada dövlət çevrilişi nəticəsində hökumətin dəyişməsi heç bir şübhə doğurmur".

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tesla və SpaceX-in baş direktoru İlon Mask Tvitter hesabında yazıb.

O, öz paylaşımında amerikalı professor Con Mirşaymerin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin devrilməsinin Rusiya üçün “son damla” olması ilə bağlı bəyanatını şərh edib.

Mask şərhində "Bu seçkilər şübhəli ola bilərdi, lakin çevrilişin həqiqətən baş verdiyinə şübhə yoxdur", deyib.

Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynada baş verən çevriliş və ondan sonra baş verən faciəvi hadisələrdə Qərbi günahlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru