Tokio Məhkəməsində Şok Hadisə: Azadlıq Gətirən Şillə VİDEO

Bu gün, 17:54           
Tokio Məhkəməsində Şok Hadisə: Azadlıq Gətirən Şillə  VİDEO
1946-cı ildə İkinci Dünya Müharibəsindən sonra qurulan Tokio Hərbi Tribunalı olduqca qəribə bir hadisəyə səhnə oldu. Yaponiyanın tanınmış ideoloqlarından olan Şümey Okava, qarşısında oturan keçmiş Baş nazir Hideki Tojonun keçəl başına qəfil və güclü bir şillə endirdi.
Məhkəmə zamanı onsuz da qeyri-adi davranışları ilə diqqət çəkən Okavanın bu hərəkətinə hərbi polislər dərhal müdaxilə etdi. Lakin bu gözlənilməz addım davanın gedişatını kökündən dəyişdirdi.
Hadisənin ardınca Okava həkim nəzarətindən keçirildi. Tibbi müayinələr onun keçirdiyi xəstəlik səbəbindən psixi durumunun sabit olmadığını ortaya çıxardı. Bu səbəbdən məhkəmə onun haqqındakı cinayət işini ləğv etdi.
Məhkəmənin sonunda aralarında şillələnən eks-baş nazir Tojonun da olduğu bir çox yüksək rütbəli dövlət rəsmisi edam cəzasına məhkum edildi. Okava isə psixi pozuntu hesabatı sayəsində ölüm hökmündən canını qurtarmağı bacardı.
Sonda hamı cəzalandığı halda, onun bu hərəkəti tarixə ironik bir adla — "sahibinə azadlıq bəxş edən şillə" kimi həkk olundu.
Via: Tokyo War Crimes Trial | The National WWII Museum | New Orleans.
Şahin Əsgərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru