BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır

Bu gün, 17:44           
BMT-dən ciddi xəbərdarlıq:
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, 2030-cu ilə qədər Asiya ölkələrində suya olan tələbat 50 faizdən çox artacaq.

Oxu.Az xəbər verir ki, bunu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katib müavini Li Cünxua Düşənbədə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün inteqrasiya olunmuş yanaşmalar və güclü beynəlxalq əməkdaşlıq vacibdir.

"Proqnozlara əsasən, yalnız Asiyada suya tələbat 2030-cu ilə qədər 55 faiz artacaq", - deyə o vurğulayıb.

BMT daha əvvəl də dünyada "qlobal su böhranı" təhlükəsinə diqqət çəkmişdi. Hesabata görə, təxminən 3 milyard insan su ehtiyatları azalan və ya qeyri-sabit bölgələrdə yaşayır. Bundan əlavə, buzlaqların kütləsinin 30 faizdən çoxu artıq itib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru