Antarktida buzlaqlarının sahəsi minimum həddə çatıb

6-03-2023, 10:48           
Antarktida buzlaqlarının sahəsi minimum həddə çatıb
Antarktidada buzlaqların sahəsi son 44 ildə ən aşağı həddə çatıb.

2022-ci ildə ən soyuq qitənin buzlu sahəsi 1,92 milyon kvadrat kilometrə qədər azalıb.

Bu nəticədə 1979-cu ilin rekordunu 136 min kvadrat kilometr üstələyib.

“Biz görürük ki, hər yerdə buz daha azdır. Bu, fövqəladə bir hadisədir”, - deyə Tasmaniya Universitetinin eksperti Uill Hobbs bildirib.

Alimlərin fikrincə, Antarktika buzlarının əriməsi dünya okeanlarında suyun səviyyəsini xeyli yüksəldə bilər.

Bildirilir ki, bu baxımdan əsas problem “Qiyamət buzlaqı” kimi tanınan Tueyts buzlaqıdır. O, Amundsen dənizində yerləşir. Onun əriməsi dünya okeanlarında suyun səviyyəsinin yarım metr artmasına səbəb ola bilər.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru