Husilər Səudiyyə Ərəbistanındakı aeroportu vurublar

Bu gün, 07:37           
Husilər Səudiyyə Ərəbistanındakı aeroportu vurublar
Yəmənin "Ənsar Allah" hərəkatının silahlıları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Abha mülki hava limanına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

Bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan "Əl-Məsirə" telekanalının efirində bildirib.

Husilər bəyan ediblər ki, bu hücum Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin hərəkatın nəzarətində olan Səna hava limanına endirdiyi zərbələrə cavab olub. Yəhya Sariya aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən uçuşlar həyata keçirməməklə bağlı xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat katibi Turki əl-Maliki "X" sosial şəbəkəsində hücumun uğurla dəf edildiyini bildirib.

Səna hava limanına hücum iyulun 13-də həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru