Ələsgər Ələkbərovun filmlərdəki şillələrinin maraqlı tarixçələr

Bu gün, 00:01           
Ələsgər Ələkbərovun filmlərdəki şillələrinin maraqlı tarixçələr
Ələsgər Ələkbərovun filmlərdəki şillələrinin maraqlı tarixçələri: “Rol təbii alınsın deyə, Ələsgər Ələkbərov "Böyük dayaq"da Həsən Məmmədovun xahişi ilə ona bərk şillə vurur, sonra qucaqlayaraq üzr istəyib. "Həsən Məmmədov deyirdi ki, "Böyük dayaq"da Ələsgər Ələkbərovun mənə vurduğu şillə sənətə vizit vərəqim idi. Bu, Ələsgər Ələkbərovdan xeyir-dua idi", - kinoşünas Aydın Kazımzadə.
Hacı Murad Yagizarov "Ögey ana" filminin çəkilişlərində atını dəyişib başqa bir at minir. O, atın üstünə oturan kimi heyvan elə götürülür ki, uçurumun kənarında yüyənini çəkib birtəhər saxlaya bilir. Bunu Ələsgər Ələkbərova xəbər verirlər. Aktyor elə həyəcanlanır ki, Hacı Murad Yagizarova bir şillə çəkib, deyir: “Bir iş görməzdən əvvəl fikirləşmək lazımdır”. Ələsgər Ələkbərov sonra özünü saxlaya bilməyib ağlayır.
Anar Tağıyev













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru