Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...

Bu gün, 17:59           
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Bu ilin ikinci rübündə Gürcüstan ərazisindən xaricə gedən 572 min Gürcüstan vətəndaşı qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.
Yeniavaz.com Gürcüstan Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, xaricə gedən Gürcüstan vətəndaşlarının 388,7 min nəfəri turist kimi səfər edib.
Məlumatda bildirilir ki, səfərlərin əksəriyyəti Türkiyəyə və Ermənistana edilib. Bu ilin ikinci rübündə Türkiyəyə 195,6 min (34,2%), Ermənistana isə 109,8 min (19,2%) Gürcüstan vətəndaşı gedib.
Bundan başqa, hesabat dövründə 112,7 min nəfər (19,7%) Avropa İttifaqı ölkələrinə, 82,9 min nəfər (14,5%) Rusiyaya, 9,7 min nəfər (1,7%) Azərbaycana səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru