Tramp sözünü yedi...
Bu gün, 17:48

Rrezident Donald Tramp şəxsi söhbətlərində İranla münaqişənin nüvə sazişi olmadan belə başa çata biləcəyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən belə yazıb.
Məlumata görə, Hörmüz boğazının tam açılması Amerika liderinin qələbə elan etməsi üçün kifayət ola bilər.
Qəzetin məlumatına görə, son həftələrdə Ağ Ev getdikcə gəmiçiliyin bərpasına diqqət yetirib. ABŞ rəsmilərindən biri bildirib ki, Vaşinqton Tehrana qarşı “bütün hərbi məqsədlərini yerinə yetirib”.
Ağ Evin sözçüsü qeyd edib ki, Tramp hazırda Hörmüz boğazından enerji tranzitinin təmin edilməsinə diqqət yetirir və İran gəmiçiliyə hücumu davam etdirərsə, hərbi gücdən istifadə etmək seçimini saxlayacaq.
O da vurğlanır ki, Tramp İranın nüvə proqramının tez bir zamanda bərpa olunmasının mümkünlüyünə inanmır.
O da bildirilir ki, Vaşinqton İslam Respublikasının nüvə proqramı üzərində nəzarəti ələ keçirərsə, mövcud atəşkəsin qeyri-müəyyən müddətə uzadılmasına razı ola bilər.
Hörmüz boğazı tam açılarsa, ABŞ İran limanlarının dəniz blokadasını ləğv etməyi də nəzərdən keçirir.
Lakin danışıqlar çətin olaraq qalır. “Wall Street Journal” qəzetinin məlumatına görə, Tehran əlavə tələblər irəli sürür və iki tərəf gəmiçilik şərtləri və Amerika hərbi qüvvələrinin bölgədəki gələcəyi ilə bağlı mübahisələrini davam etdirir.
Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Hörmüz boğazı açılmadığı təqdirdə İranı güclü zərbə ilə hədələmişdi.

