Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI

Bu gün, 17:36           
 Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Azərbaycanda daha 4 şirkət etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən bu şirkətlərlə bağlı 2 qanun pozuntusu qeydə alınıb.
Qeyd edək ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən şirkətlər bunlardır:
– “BEST AUTO SERVİCE” MMC (VÖEN – 1306258141) müqavilə öhdəliklərinə əməl etmədiyi üçün 1 il 6 ay müddətində (06.08.2026 - 06.02.2028) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 500 manat olan MMC 2019-cu ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Əskərov Nazim Məmmədşah oğludur.
– “FLORA HOLLAND” MMC (VÖEN – 1405674931) saxta sənəd təqdim olunmasına görə 1 il müddətində (06.08.2026 - 06.08.2027) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 20 manat olan MMC 2021-ci ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur.
– “LUSSO GROUP” MMC (VÖEN – 0201539501) saxta sənəd təqdim olunmasına görə 1 il müddətində (06.08.2026 - 06.08.2027) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 50 manat olan MMC 2024-cü ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Əjdərov Zaur Məhərrəm oğludur.
– “EL ART TRAVEL” MMC (VÖEN – 1504696191) müqavilə öhdəliklərinə əməl etmədiyi üçün 1 il 6 ay müddətində (06.08.2026 - 06.02.2028) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 10 manat olan MMC 2019-cu ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Həsənov Elxan Məmməd oğludur.

Məlumat üçün bildirək ki, adları qeyd olunan bu şirkətlər dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olublar. “BEST AUTO SERVİCE” MMC bu il 50 min manatlıq 2 satınalma müqaviləsi imzalyıb. “FLORA HOLLAND” MMC isə bu il 215 min manatlıq 3 tender müsabiqəsində qalib olub. “LUSSO GROUP” MMC bu il Naxçıvanda 29 min manatlıq 2 satınalma müqaviləsi bağılayıb. “EL ART TRAVEL” MMC isə ilin əvvəlindən etibarən ümumi dəyəri 405 min manat olan 6 müsabqiədə qalib ola bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru