Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib

Bu gün, 17:34           
Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
Türkiyədə iyunun 1-dən etibarən baş verən və hüquqi araşdırmaya cəlb olunan 52 meşə yanğını ilə bağlı 34 şübhəli müəyyən edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, araşdırmalar çərçivəsində müəyyən edilən şübhəlilərdən 9-u həbs edilib, 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

A. Gürlek bildirib ki, "Yaşıl Vətən"i təhdid edən meşə yanğınlarının başvermə səbəbləri və şübhəli şəxslər hərtərəfli araşdırılır: "Türkiyə İstintaq işləri Təbii Fəlakətlər və Qəzalar Departamentinin nəzarəti, Respublika Baş Prokurorluqları və aidiyyəti qurumların koordinasiyası ilə həyata keçirilir".

Nazir qeyd edib ki, meşə yanğınları həm qəsdən törədilmə, həm də səhlənkarlıq və ehtiyatsızlıq ehtimalları baxımından diqqətlə araşdırılır.

"Meşələri qəsdən yandıranların, eləcə də səhlənkarlıq və ya ehtiyatsızlıq nəticəsində yanğına səbəb olan şəxslərin müəyyən edilərək ədalət qarşısına çıxarılması istiqamətində işlər qətiyyətlə davam etdirilir. Cinayət şübhəsi olan heç bir meşə yanğınının səbəbi müəyyən edilmədən qalmasına imkan verilməyəcək", - deyə Gürlek bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru