Ay Günəşi kölgəsində gizlədəcək - 30 il sonra ilk dəfə

Bu gün, 15:24           
Ay Günəşi kölgəsində gizlədəcək - 30 il sonra ilk dəfə
Avropada 30 ildən sonra ilk dəfə tam Günəş tutulması olacaq.

“Sky News” xəbər verir ki, nadir səma hadisəsi avqustun 12-də baş verəcək.

Bildirilib ki, bu zaman Ay Yerlə Günəşin arasından keçərək, bəzi ərazilərdə Günəşin tamamilə qarşısını kəsəcək.

NASA-nın məlumatına görə, tam tutulmanı Qrenlandiya, İslandiya, Rusiyanın şimalı, İspaniya və Portuqaliyanın bəzi hissələrindən izləmək mümkün olacaq.

Böyük Britaniya və İrlandiyada isə tam tutulma müşahidə edilməyəcək. Bu ölkələrdə Günəşin təxminən 90 faizi Ay tərəfindən örtüləcək.

Mütəxəssislər Günəş tutulmasına adi gün eynəyi ilə baxmağın gözlərə ciddi zərər verə biləcəyini bildiriblər. Onlar hadisəni izləmək üçün xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər.

Qeyd edək ki, bu, 1999-cu ildən sonra Avropada müşahidə ediləcək ilk tam Günəş tutulması olacaq

"Cebheinfo.az"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru