Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri: Həkimlər xəbərdarlıq etdilər

Bu gün, 16:18           
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri: Həkimlər xəbərdarlıq etdilər
Böyük Britaniyanın "Healthline" tibb portalının və ABŞ-nin Klivlend Klinikasının həkimləri gecələr ayaqlarda qıcolmaların niyə baş verə biləcəyini izah ediblər.

Bu barədə onlar "Metro" nəşrinə müsahibələrində danışıblar.

"Healthline" portalının mütəxəssislərinin sözlərinə görə, ayaq qıcolmalarına motor (hərəkət) neyron xəstəliyi, periferik neyropatiya, Parkinson xəstəliyi, osteoartrit, qaraciyər, böyrək və qalxanabənzər vəzi xəstəlikləri, eləcə də diabet və ürək-damar xəstəlikləri səbəb ola bilər. Eyni zamanda, həkimlər qeyd ediblər ki, bu hallarda qıcolmalardan başqa digər simptomlar da müşahidə olunur. Bunlara şiddətli ağrı, ayaqların şişməsi, əzələ zəifliyi və dərinin qızarması daxildir.

Klivlend Klinikasının həkimləri vurğulayıblar ki, əksər hallarda gecə qıcolmaları təhlükəli xəstəliklərdən qaynaqlanmır.

"50 yaşdan yuxarı insanların demək olar ki, hamısında ən azı bir dəfə qıcolma baş verir. Qadınların təxminən 40 faizində hamiləlik dövründə çəki artımı səbəbindən ayaqlarda qıcolmalar yaranır", - deyə həkimlər bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru