Təqaüddə olan general-mayor Moskvada intihar etdi - FOTO

Bu gün, 16:29           
Təqaüddə olan general-mayor Moskvada intihar etdi - FOTO
Təqaüddə olan Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru İqor Laptev Moskvada intihar edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

Hadisə avqustun 20-də baş verib. 83 yaşlı kişi Verxnyaya Krasnoselskaya küçəsindəki mənzilində ölü tapılıb.

İqor Laptev Əfqanıstanda döyüşüb və daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətində və vergi polisində xidmət edib. 1990-cı illərin sonlarında Vergilər və Rüsumlar nazirinin müavini vəzifəsində çalışıb və daha sonra "İnformtexnika" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri olub. Laptev "Şərəf" ordeni ilə təltif edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru