Putin Hindistana gedir - "beşqatlı qoruma" aktivləşdi

4-12-2025, 08:44           
Putin Hindistana gedir - "beşqatlı qoruma" aktivləşdi
Rusiya Prezidenti Vladimir Putinin səfəri üçün Yeni Dehlidə beşmərhələli təhlükəsizlik sistemi yaradılıb.

TEREF Publika.az-a istinadən xəbər verir ki, Yeni Dehlidə dronlar və rabitə maneələri də daxil olmaqla, çoxqatlı təhlükəsizlik sistemi qurulub.

Hindistanda Rusiya liderinin keçəcəyi bütün yollarda yoxlamalar aparılacaq. Xüsusi olaraq yaradılmış idarəetmə mərkəzi dronlardan istifadə edərək 24 saat müşahidə aparacaq. Snayperlər marşrutlar boyunca növbətçilik edəcəklər.

Putinin təyyarəsi Yeni Dehliyə enən kimi "beşqatlı təhlükəsizlik sistemi" aktivləşdiriləcək.

Rusiya Prezidenti həmçinin Hindistan Milli Qvardiyası və Yeni Dehli polisi tərəfindən qorunacaq.

Qeyd edək ki, Vladimir Putinin Hindistana rəsmi səfəri 4-5 dekabr tarixlərinə planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]