Sibiqa: Ukrayna suverenliyinə təsir edən istənilən güzəşti...

4-12-2025, 11:44           
Sibiqa: Ukrayna suverenliyinə təsir edən istənilən güzəşti...
Ukrayna suverenliyinə təsir edən istənilən güzəşti tamamilə istisna edir və ölkənin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinə dair hər cür cəhdi rədd edir.

APA “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Nazirin sözlərinə görə, NATO–Ukrayna Şurası formatında aparılan danışıqlar zamanı alyansın üzv ölkələri Kiyevə Ukraynanın təhlükəsizlik ittifaqlarını seçmək hüququnun müzakirə mövzusu ola bilməyəcəyinə dair zəmanət veriblər.

“Xüsusilə qabardılır ki, bizim istənilən ittifaqda, istənilən birliyə qoşulmaq hüququmuz üçüncü ölkə tərəfindən məhdudlaşdırıla bilməz. Və görürəm ki, hazırda müttəfiqlərimizin, Avropa ölkələrinin dəstəyi bizimlədir. Xarici işlər nazirləri səviyyəsində bir çox nümayəndəliklər Ukraynanın Avroatlantik istiqamətinə dəstəyi bir daha təsdiqlədilər”, – Sibiqa vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]