İtaliya Ukraynaya silah yardımında iştirakını dayandırdı

4-12-2025, 15:38           
İtaliya Ukraynaya silah yardımında iştirakını dayandırdı
İtaliya Ukraynaya silah tədarükü üzrə NATO proqramında iştirakını gözlənilmədən dayandırıb və bunu mümkün atəşkəslə bağlı aparılan danışıqlarla əsaslandırıb.

Bu barədə məlumat "Bloomberg" agentliyində yayımlanıb.

İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, mümkün sülh barədə müzakirələr fonunda silah tədarükü mənasını itirə bilər.

Onun sözlərinə görə, döyüşlərin real şəkildə dayanması halında Kiyev ABŞ istehsalı olan yeni silah sistemlərinin növbəti partiyalarına deyil, ilk növbədə təhlükəsizlik təminatlarına ehtiyac duyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]