ABŞ "LUKOIL" yanacaqdoldurma məntəqələri ilə bağlı qərar verdi

5-12-2025, 12:18           
ABŞ "LUKOIL" yanacaqdoldurma məntəqələri ilə bağlı qərar verdi
ABŞ Maliyyə Nazirliyi Rusiyadan kənardakı yanacaqdoldurma məntəqələrinə xidmət göstərilməsi və onların ləğvi üçün "LUKOIL" şirkəti ilə tələb olunan əməliyyatların 2026-cı il 29 aprelədək həyata keçirilməsinə icazə verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunan sənəddə yer alıb.

Əvvəlki lisenziyanın müddəti dekabrın 13-də başa çatırdı. Lisenziyaya əsasən, əməliyyatlar "LUKOIL-International" şirkəti və onun ABŞ-də yerləşənlər də daxil olmaqla bütün törəmə strukturları ilə həyata keçirilə bilər.

Sənəd malların və xidmətlərin satın alınması, həmçinin Rusiyadan kənarda yerləşən fiziki yanacaqdoldurma məntəqələrinin texniki xidməti, istismarı və ləğvi ilə bağlı fəaliyyətləri əhatə edir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 22 oktyabr tarixində "LUKOIL" və onun altı törəmə şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]