Rusiya: Hərbi əsirlərə qarşı zorakılıqda ittiham olunan ukraynalı hərbçilərin adlarını AÇIQLADI
5-12-2025, 17:57
Rusiya Federasiyasının İstintaq Komitəsi (İK) əsir götürülmüş 14 Rusiya Silahlı Qüvvələri hərbçisinin qətlində Ukrayna Silahlı Qüvvələrinin (UAF) altı əsgərinə qarşı qiyabi ittiham irəli sürüb . Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb .
“Referans MEDİA” Rusiya mətbuatına istinadən bildirir ki, 5 dekabr tarixində İK-nın sədri Aleksandr Bastrıkin Mariupolda ukraynalı hərbçilərin mülki şəxslərə və Rusiya hərbçilərinə qarşı törətdiyi cinayətlərin araşdırılması üzrə qərargahın operativ müşavirəsini keçirib. Görüş zamanı ona mçəlumat verilib ki, İstintaq Komitəsinin əməkdaşları 2022-ci ildə Xarkov vilayətində Rusiya Silahlı Qüvvələrinin əsgərlərinə qarşı törədilmiş qətliamlarda Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin iştirakına dair sübutların toplanması prosesini başa çatdırıblar.
Müşavirə nəticəsində “ S.Veliçko , K.Nemiçev , V.Posoxov, S.Yanqolenko, A.Yanqolenko və A.Subaçevə qarşı qiyabi ittiham irəli sürülüb ”, – deyə mətbuat xidməti məlumat yayıb.