Almaniya qoşunların sayını artırır – Bundestaqda təsdiqləndi

5-12-2025, 17:48           
Almaniya qoşunların sayını artırır – Bundestaqda təsdiqləndi
Almaniyada əsgər sayının artırılmasını nəzərdə tutan qanun layihəsi Bundestaq tərəfindən qəbul edilib. Qanun layihəsinin Bundesrat tərəfindən qəbul edilərək 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Referans Media xəbər verir ki, Almaniyada əsgər sayının artırılmasını hədəfləyən hərbi xidmətin tənzimlənməsi haqqında qanun layihəsi Bundestaq tərəfindən qəbul edilib.

Ölkədə hökuməti formalaşdıran və hərbi xidməti tənzimləyən Xristian İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) partiyaları arasında razılaşdırılan “Hərbi Xidmətin Müasirləşdirilməsi” adlı qanun layihəsi Federal Parlamentdə 323 səslə, 272 əleyhinə səslə təsdiqlənib. Səsvermədə 596 millət vəkili iştirak edib, bir millət vəkili isə bitərəf qalıb.

Səsvermədən əvvəl çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi xidmətlə bağlı əldə edilən razılaşma ilə Almaniyanın müdafiə qabiliyyəti baxımından daha bir mühüm addım atdığını bildirib və ölkəsinin müdafiə sahəsində Avropada aparıcı ölkəyə çevrildiyini deyib. Qanun layihəsinin Federal Ştat Nümayəndələr Palatası (Bundesrat) tərəfindən qəbul ediləcəyi və 1 yanvar 2026-cı ildə qüvvəyə minəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]