ABŞ Prezidenti FİFA Sülh Mükafatına layiq görülüb

6-12-2025, 10:18           
ABŞ Prezidenti FİFA Sülh Mükafatına layiq görülüb
ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatının püşkatma mərasimi zamanı FİFA Sülh Mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, Tramp mükafatı almaqdan böyük şərəf duyduğunu bildirib: "Hər kəsə təşəkkür etmək istərdim. Dünya daha təhlükəsiz yerdir".

FİFA mükafatı noyabrın 5-də elan edib. O, hər il öz sarsılmaz fədakarlığı və görkəmli nailiyyətləri ilə insanları sülh üçün bir araya gətirməyə kömək edən şəxslərə təqdim olunacaq.

2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]