ABŞ-ın milli təhlükəsizlik strategiyası Avropanı ŞOKA SALDI

7-12-2025, 00:08           
ABŞ-ın milli təhlükəsizlik strategiyası Avropanı ŞOKA SALDI
ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası sənəddəki təsvirinə görə Avropanı şoka salıb.

TEREF xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

“30 səhifəlik sənəddə Avropa ölkələri suverenliklərini Aİ-yə təhvil verən və demokratiyanı boğan və daha millətçi bir dönüş axtaranları susduran hökumətlər tərəfindən idarə olunan inadkar, tənəzzülə uğrayan güclər kimi təsvir olunur”, — materialda qeyd edilir.

Məqalə müəllifləri vurğulayıblar ki, Avropa ölkələri üçün bu sənəd “başdan aşağı soyuq su tökülməsi” effekti yaradıb. Yeni ABŞ milli təhlükəsizlik strategiyası göstərir ki, prezident Donald Trampın administrasiyası Amerika xarici siyasətini nə dərəcədə radikal şəkildə dəyişir və bunun NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirəcəyi ehtimal olunur.

5 dekabrda Ağ Ev ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə Vaşinqtonun prioritetləri kimi Ukraynadakı münaqişənin mümkün qədər tez həll olunması və Rusiya ilə strateji sabitliyin bərpası göstərilir. ABŞ Avropadan öz müdafiə məsuliyyətini öz üzərinə götürməyi tələb edir./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]