Zelenski Britaniyaya GEDİR – 3 liderlə GÖRÜŞƏCƏK

7-12-2025, 10:04           
Zelenski Britaniyaya GEDİR – 3 liderlə GÖRÜŞƏCƏK
Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 8-də Böyük Britaniyaya səfər edəcək. Səfər çərçivəsində o, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə görüşəcək.

Referans Media xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Nəşr yazır ki, tərəflər sülh yolu ilə nizamlanmanı, həmçinin Vaşinqton və Kiyev arasında Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqları müzakirə etmək niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]