“Lufthansa” İsraillə hərbi yüklərin daşınmasını dayandırıb

8-12-2025, 12:14           
“Lufthansa” İsraillə hərbi yüklərin daşınmasını dayandırıb
Almaniya aviaşirkəti “Lufthansa Cargo” İsrailə və İsraildən hərbi və təhlükəsizliklə bağlı yüklərin daşınmasını qeyri-müəyyən müddətə dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə şirkət məlumat yayıb.

“Lufthansa Cargo” Böyük Britaniyanın ixrac nəzarəti barədə qərarı və tətbiq olunan sanksiyalar səbəbilə belə qərar qəbul edib. Qeyd olunub ki, “Lufthansa Cargo” bu daşımaların yenidən həyata keçirilməsinə imkan verəcək həll üzərində işləyir.

Qərar Almaniya kansleri Fridrix Mersin İsrailə səfəri ilə eyni gün elan edilib. Bir neçə gün əvvəl İsrail Almaniya Hərbi Hava Qüvvələrinə uzun mənzilli “Arrow-3” raketdən müdafiə sistemini təhvil verib. Berlin yaxınlığındakı aviabazada keçirilən rəsmi mərasim İsrail tarixinin ən böyük silah ixracı müqaviləsinin tamamlanmasını rəsmiləşdirib. Müqavilənin dəyəri 4 milyard avro olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]