ABŞ Zelenskini yola salır - Steyqan

8-12-2025, 11:24           
ABŞ Zelenskini yola salır - Steyqan
ABŞ-ın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı planları ilə bağlı iddialar ortaya çıxıb.

Globalinfo.az-a istinadən xəbər verilir ki, bu barədə norveçli jurnalist Poul Steyqan öz saytında dərc etdiyi məqalədə bildirib.

Jurnalistin iddiasına görə, ABŞ administrasiyası Vaşinqtonun mövqeyi ilə razılaşmayan Zelenskidən imtina etmək və yerinə Prezident Donald Trampın siyasətinə uyğun bir lider gətirmək niyyətindədir.

Steyqan yazır ki, Ukraynanın yüksək siyasi dairələrinə qədər çatan korrupsiya qalmaqallarında Federal Təhqiqatlar Bürosunun (FTB) izi görünür. Bu fondda Kiyevdə daxili siyasi mübarizənin gücləndiyi, bəzi siyasətçilərin isə hakimiyyət uğrunda hazırlıq apardığı qeyd edilir.

“Bütün bu korrupsiya halları artıq prosesin başladğını bildirir. Bunların olması heç də təsadüfi deyil”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]