İlon Maskın şirkəti mobil rabitə bazarına çıxır

8-12-2025, 16:44           
İlon Maskın şirkəti mobil rabitə bazarına çıxır
Amerikalı sahibkar İlon Maskın "SpaceX" kosmik şirkəti mobil rabitə bazarına çıxmaq üçün "Starlink Mobile" ticarət markasının qeydiyyatı üçün müraciət edib.

Oxu.Az "PhoneArena"ya istinadən xəbər verir ki, şirkət mobil rabitə üçün istifadə olunan "AWS-3" spektrini "EchoStar" operatorundan almaq məqsədilə əlavə 2,6 milyard dollar cəlb edib.

"Starlink" ənənəvi rabitə üsullarından, o cümlədən mobil infrastruktur üçün nəzərdə tutulan baza stansiyaları və rabitə qüllələrindən istifadə etməklə xidmət göstərmək imkanına malikdir. Lakin layihənin əsas məqsədi yerüstü baza stansiyalarına və mobil qüllələrinə bağlı olmayan tamamilə müstəqil kosmik mobil şəbəkə yaratmaqdır.

"Starlink Mobile" markası "SpaceX"ın telekommunikasiya xidmətlərini təsvir etmək üçün istifadə olunacaq. Bu xidmətlərə videoməzmunun və məlumatların adi mobil cihazlara kosmik peyk rabitəsi vasitəsilə ötürülməsi daxildir.

Bundan əlavə, "SpaceX" "Powered by Starlink" adlı daha bir ticarət markasının qeydiyyatı üçün müraciət edib. Bu marka qlobal rabitə operatorlarına öz peyk qruplaşmalarını yaratmadan "Starlink"in imkanlarını şəbəkələrinə əlavə etməyə imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]