Çinin keçmiş idman naziri edama məhkum edildi

9-12-2025, 12:24           
Çinin keçmiş idman naziri edama məhkum edildi
Çinin sabiq idman naziri Qou Çjunven ölüm cəzasına məhkum edilib.

Bu barədə CCTV telekanalı xəbər verir.

Lakin hökmün icrası iki il müddətinə təxirə salınıb. Keçmiş nazir 236 milyon yuan (təxminən 33,4 milyon dollar) məbləğində korrupsiyada təqsirli bilinib. O həmçinin vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Çjunven habelə ömürlük siyasi hüquqlardan məhrum edilib. Sabiq nazirin bütün şəxsi əmlakı müsadirə olunub və məhkəmə qanunsuz əldə edilmiş gəlirlərin, həmçinin onlara hesablanmış faizlərin dövlət xeyrinə tutulmasına qərar verib.

Əgər hökmün icrasının təxirə salındığı müddət ərzində yeni qanun pozuntuları müəyyən edilməzsə, ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]