Elektron siqaretlərin satışına QADAĞA QOYULDU- Bu ölkədə

10-12-2025, 15:08           
Elektron siqaretlərin satışına QADAĞA QOYULDU-
Meksikada elektron siqaretlərin satışını qadağan edən qanun layihəsi qüvvəyə minib.
Ajans.az xəbər verir ki, bu barədə "El Sol de Mexico" nəşri məlumat yayıb.

Qeyd edilib ki, bu cür siqaretlərin istehsalı, idxalı, ixracı, paylanması və kommersiya satışı da tamamilə dayandırılıb.

Xəbərdə deyilir ki, qaydaların pozulmasına görə, ağır cəzalar da nəzərdə tutulur: Böyük məbləğdə pul cəzası, hətta bir ildən səkkiz ilədək azadlıqdan məhrum etmə mümkündür.

Xatırladaq ki, daha əvvəl Özbəkistanda elektron siqaretlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]