Fransada "Google"un əmlakına həbs qoyuldu

11-12-2025, 17:44           
Fransada "Google"un əmlakına həbs qoyuldu
Paris məhkəməsi "Google France" şirkətinin səhmlərinin 100%-nə həbs qoyulması barədə qərar çıxarıb. Sənəd dərhal icraya yönəldilir və bu, Rusiyanın "Quql" MMC-sinin "Google International LLC"yə qarşı müraciətinə yaxın vaxtlarda baxılması ilə əlaqədardır.

Rusiya KİV-ləri xəbər verir ki, "Google International LLC" həm Rusiyadakı, həm də Fransadakı bölmələrin ana struktur kimi çıxış edir.

Rusiyada "Quql" MMC-nin iflas prosesi davam edir. Daha əvvəl Moskva Arbitraj Məhkəməsi ana şirkəti iflasdan əvvəl qanunsuz şəkildə çıxarılan 112 milyon avro dividenti geri qaytarmağa məcbur etmişdi. Bu qərar isə Rusiyanın müraciətinin Fransada tanınması və icrası üçün əsas olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]