Bəşəriyyət tarixin ən isti illəri dəhlizinə qədəm qoyub

11-12-2025, 10:16           
Bəşəriyyət tarixin ən isti illəri dəhlizinə qədəm qoyub
2025-ci il hazırda birinci yeri tutan 2024-cü illə yanaşı, bütün müşahidələr dövrü ərzində ən isti 3 il arasında yer alacaq.

Oxu.Az-ın "The Independent" nəşrinə istinadən xəbərinə görə, bu barədə "Copernicus" Avropa İqlim Dəyişikliyi Xidməti (C3S) proqnoz verib.

C3S məlumatları göstərir ki, məhz bu il dünya orta qlobal temperaturun sənayeləşmədən əvvəlki səviyyələrdən stabil olaraq +1.5 dərəcə göstəricisini ötdüyü ilk üçillik dövrü başa vuracaq ki, alimlər bu dövrü iqlim üçün kritik hədd hesab edirlər.

Bu həyəcanverici proqnozlar hökumətlərin emissiyaların azaldılması üzrə əhəmiyyətli yeni öhdəliklər barədə razılığa gələ bilmədiyi COP30 sammitindən dərhal sonra verilib. Buna səbəb geosiyasi ziddiyyətlərin kəskinləşməsi olub ki, bu da qlobal istiləşmənin qarşısını almaq üçün zəruri qərarların qəbul edilməsini bir daha təxirə salıb.

Okeanların rekord dərəcədə istiləşməsi dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Cənubi və Cənub-Şərqi Asiyada bu, ilin ən böyükmiqyaslı iqlim fəlakətinə, İspaniyada isə dağıdıcı meşə yanğınlarına gətirib çıxarıb.

Ümumdünya Meteorologiya Təşkilatı təsdiqləyib ki, 2023, 2024 və 2025-ci illər artıq ən isti üçillik dövrü formalaşdırıb, son on il isə bütün müşahidələr dövründə ən isti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]