Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

11-12-2025, 11:41           
Nobel mükafatları sahiblərinə verildi-
2025 Nobel mükafatları sahiblərinə təqdim olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Stokholmda keçirilən mərasimdə İsveç Kral ailəsi, Baş nazir Ulf Kristersson, nazirlər, partiya nümayəndələri, xarici nümayəndələr, mükafat qazananlar və çoxsaylı qonaqlar iştirak ediblər.

Məlumata görə, Fizika üzrə mükafatı Con Klark, Mişel Devoret və Con Martinisə; Kimya üzrə mükafatı Susumu Kitaqava, Riçard Robson və Omar M. Yaqiyə; Tibb mükafatı Meri Brunkov, Fred Ramsdell və Şimon Sakaquçiyə; İqtisadiyyat mükafatı Joel Mokyr, Philippe Aghion və Peter Houtə; Ədəbiyyat mükafatı isə Laszlo Krasznahorkaya verilib.

Onu da qeyd edək ki, Nobel mükafatı laureatlarına diplom, Nobel medalı və 11 milyon İsveç kronu məbləğində pul mükafatı təqdim olunub.

Maraqlı burasıdır ki, 2025-ci il Nobel Sülh Mükafatına layiq görülən Venesuelada müxalifətçisi Maçadon isə mərasimə qatılmayıb.


Tədbir təşkilatçıları onun harada olmasa və niyə tədbirə qatılmaması haqda dəqiq heç nə deməyiblər. Yalnlız o bildirilib ki, müxalif lideri “tezliklə Osloya gələcək”.

Maçadonun özü isə mərasimdən əvvəl belə bir açıqlama yaymışdı: “Mən Osloda olacağam, yoldayam”.

Samir MUSAYEV

MİA.AZ













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]