Britaniya kral ailəsində QALMAQAL: Şahzadə Uilyamın əmisi ondan qisas almağa çalışır?

12-12-2025, 16:18           
Britaniya kral ailəsində QALMAQAL:
Keçmiş Böyük Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindzor vəliəhd-şahzadə Uilyamdan qisas almaq üçün gizli planlar qurmaqda şübhəli bilinir.

Bu barədə "The Royal Observer" nəşri məlumat verib.

Bukinqem sarayına yaxın mənbələrin bildirdiyinə görə, Kral III Çarlzın titullardan məhrum edilmiş kiçik qardaşı buna görə şahzadə Uilyamdan qisas almağa çalışır. Monarxın böyük oğlu Endryuya qarşı misli görünməmiş sanksiyaların əsas təşəbbüskarı hesab olunur.

Kralın titullarından məhrum edilmiş qardaşının necə qisas almağı planlaşdırdığı barədə isə dəqiq məlumat yoxdur. Eyni zamanda mənbələr iddia edirlər ki, Endryu Uilyamın kral ailəsindəki nüfuzuna xələl gətirmək istəyir və buna nail olmaq üçün onun kiçik qardaşı Şahzadə Harri ilə müttəfiq olmağa hazırdır. Məlumdur ki, Kral III Çarlzın oğulları arasındakı münasibətlər gərgin olaraq qalır və iddialara görə, Endryu da məhz bundan istifadə etmək istəyir,

Qeyd edək ki, şahzadə Endryu illərdir yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi zorakılıq iddiaları ilə üzləşib. Bu qalmaqal Virciniya Roberts-Cuffre ilə bağlıdır, qadın 17 yaşında olarkən şahzadə ilə cinsi əlaqədə olmağa məcbur edildiyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]