Estoniya Rusiya ilə sərhəddə bunkerlər tikir

14-12-2025, 10:44           
Estoniya Rusiya ilə sərhəddə bunkerlər tikir
Estoniya Rusiya ilə sərhəddə ilk beton bunkerlərin tikintisinə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Defense News" məlumat yayıb.

Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin nümayəndəsi Krismar Rozin bildirib ki, hazırda yeddi sığınacaq quraşdırılmağa hazırdır. Hakimiyyət orqanları ilin sonuna qədər 28 bunker yerləşdirmək niyyətindədir.

Avropa İttifaqının və NATO-nun şərq cinahını Rusiyanın mümkün hücumundan qorumaq üçün 600 sığınacağın tikilməsi planlaşdırılır. Bunkerlər 152 mm-lik artilleriya mərmilərinə davam gətirmək gücündə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]