Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Məqalədə qeyd olunur ki, Ukraynanın hərbi əməliyyatlara son qoymaq planı ABŞ liderinin tələblərinin qarşısını almaq cəhdinin bir hissəsidir.
Qeyd olunur ki, ABŞ-nin sülh danışıqlarındakı nümayəndələri artıq planın Ukrayna versiyasında dəyişikliklər tələb etməyə başlayıblar. Onlar Donbasın Ukraynanın nəzarətində olan hissəsində nə Ukrayna, nə də Rusiya qoşunlarının olmayacağı "azad iqtisadi zona" yaratmaq ideyasını irəli sürüblər.