Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"
14-12-2025, 09:28
Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib.
Bu barədə TASS məlumat yayıb.
"Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiya dövrü bitdi. Biz nəyə qadir olduğumuzu göstərməliyik", - deyə o bildirib.