Avropanın ən böyük şəhərdaxili kanat yolu açılıb 14-12-2025, 11:44 Fransanın İl-de-Frans əyalətində Avropanın ən böyük şəhər kanat yolu rəsmi olaraq açılıb.Bu barədə BFMTV məlumat yayıb."Cable C1" adlanan kanat yolu Paris yaxınlığındakı Kretey və Vilnöv-Sen-Jorj qəsəbələrini əlaqələndirir.4.5 kilometrlik marşrut kanat yolu ilə 18 dəqiqə, avtobusla təxminən 40 dəqiqə çəkir."Cable C1"in gündə 11 000 sərnişin daşıması gözlənilir. Layihənin dəyəri 132 milyon avrodur. Facebook-da paylaş