ABŞ-də məşhur şirkət iki qadına 40 milyon dollar təzminat ödəyəcək

14-12-2025, 12:24           
ABŞ-də məşhur şirkət iki qadına 40 milyon dollar təzminat ödəyəcək
ABŞ-nin Los-Anceles məhkəməsi məşhur "Johnson & Johnson" şirkətinin iki qadına 40 milyon dollar təzminat ödəyəcəyi barədə qərar çıxarıb.

Bu barədə "The Guardian" nəşri yazıb.

Məlumata görə, sözügedən şirkətin istehsal etdiyi uşaq pudrasından istifadə edən iki qadın yumurtalıq xərçənginə tutulmaları iddiası ilə məhkəməyə müraciət ediblər.

Məhkəmə müəyyən edib ki, "Johnson & Johnson" şirkəti pudranın təhlükəli olduğunu bilib, lakin istehlakçıları xəbərdar etməyib.

Sənədlərə əsasən, qadınıardan birinə 2014-cü ildə, digərinə isə 2018-ci ildə yumurtalıq xərçəngi diaqnozu qoyulub. Hər iki qadın təxminən 40 ildir "Johnson & Johnson Baby Powder"dən istifadə etdiklərini bildiriblər.

Məşhur şirkət hökmdən dərhal apellyasiya şikayəti verməyi planlaşdırdığını bəyan edib.

Qeyd olunub ki, "Johnson & Johnson" şirkəti uşaq pudrası və digər talktərkibli məhsullardan istifadə etdikdən sonra xərçəng diaqnozu qoyulduğunu iddia edən 67 mindən çox şikayətlə üzləşib.

Şirkət 2020-ci ildən ABŞ-də talktərkibli uşaq pudrasının satışını dayandırıb və qarğıdalı nişastalı məhsul buraxmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]