Orban: Rusiya aktivlərinin müsadirəsi Aİ-ni müharibəyə yaxınlaşdıra bilər

15-12-2025, 10:34           
Orban: Rusiya aktivlərinin müsadirəsi Aİ-ni müharibəyə yaxınlaşdıra bilər
"Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi Aİ üçün ağır nəticələrə səbəb ola bilər".

Teleqraf xəbər verir ki, o, bu barədə Mandiner jurnalının YouTube platformasında yayımlanan proqramına müsahibəsində danışıb.

Orban Aİ ölkələrinin Rusiyaya məxsus suveren vəsaitləri mənimsəyərək Ukraynaya hərbi yardım üçün istifadə etmək cəhdlərini sərt tənqid edib.

"Bu addımın nəticələri ilk baxışdan göründüyündən qat-qat ciddidir. Bu, sadəcə iqtisadi məsələ deyil. Bu, birbaşa müharibəyə doğru atılan addımdır", – Macarıstan hökumətinin başçısı bildirib.

Orban vurğulayıb ki, belə bir hal hətta İkinci Dünya müharibəsi dövründə belə baş verməyib. Onun sözlərinə görə, Rusiyanın valyuta ehtiyatlarının müsadirə edilərək Rusiya ilə müharibə aparan tərəfə yardım məqsədilə istifadə olunması faktiki olaraq müharibə elanına bərabərdir.

Macarıstanın Baş naziri daha əvvəl də Qərbdə dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsini müharibə elanına bərabər addım kimi qiymətləndirdiyini xatırladıb. O qeyd edib ki, tarixdə heç vaxt yüz milyardlarla vəsaitin bir dövlətdən alınması cavabsız qalmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]