Almaniya Ukraynaya hərbi və mülki yardım üçün 76 milyard avro xərcləyib

16-12-2025, 16:14           
Almaniya Ukraynaya hərbi və mülki yardım üçün 76 milyard avro xərcləyib
Almaniya kansleri Fridrix Merz bildirib ki, 2022-ci ilin fevralından bu yana Almaniya Ukraynaya 40 milyard avro həcmində hərbi, əlavə olaraq isə 36 milyard avro mülki yardım göstərib.

Moderator.az xəbər verir ki, O, bu barədə Berlində keçirilən Almaniya–Ukrayna iqtisadi forumunda çıxışı zamanı danışıb.

Kanslerin sözlərinə görə, Almaniya 2026-cı ildə də Ukraynaya hərbi dəstək üçün əlavə olaraq 11 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Merz forumda çıxışı zamanı, həmçinin Ukraynanın enerji təminatının gücləndirilməsi məqsədilə 170 milyon avronun ayrıldığını da açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]