İlon Mask 600 milyard dollarlıq sərvətə malik ilk şəxs oldu
16-12-2025, 11:18
Amerikalı iş adamı İlon Mask dünyanın ilk trilyoneri olmaq yolunda daha bir addım atıb.
Bu barədə "Forbes" nəşri məlumat yayıb.
Məlumata görə, Maskın təsisçisi olduğu "SpaceX" şirkətinə tender təklifi daxil olub. Təklifə əsasən, şirkət 800 milyard dollar həcmində dəyərləndirilib. Bu, "SpaceX"in təxminən 42%-nə sahib olan Maskın xalis sərvətini daha 168 milyard dollar artıraraq təxminən 677 milyard dollara çatdırıb.
"Forbes"un məlumatına görə, Maskın "SpaceX"dəki payı 336 milyard dollar dəyərindədir və hazırda onun ən qiymətli aktividir.