Tramp BBC-ni məhkəməyə verdi - 10 milyard dollar tələb edir

16-12-2025, 10:48           
Tramp BBC-ni məhkəməyə verdi - 10 milyard dollar tələb edir
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” tele-radio yayım korporasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp BBC-ni “Panorama” proqramında onun açıqlamalarını qəsdən təhrif etməkdə ittiham edir.

Məlumata görə, iddia Trampın adından ABŞ-nin Florida ştatının cənub dairə məhkəməsinə təqdim olunub. İddia ərizəsində qeyd olunur ki, BBC-nin “Panorama” sənədli filmində Donald Tramp “yanlış, böhtan xarakterli, çaşdırıcı, nüfuzdan salan, təhrikedici və qərəzli şəkildə” təqdim edilib.

ABŞ Prezidenti məhkəmədən cavabdehlər əleyhinə ən azı 5 milyard dollar məbləğində ziyanın ödənilməsi barədə qərar çıxarılmasını tələb edir.

Bundan əlavə, Tramp BBC-nin Florida ştatının aldadıcı və ədalətsiz ticarət praktikaları haqqında qanununu pozduğunu iddia edərək daha 5 milyard dollar tələb edir. Beləliklə, Trampın ümumi maliyyə tələbi 10 milyard dollar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]