London Kitabxanasında böyük Nadir Şah Əfşarın orijinal portreti saxlanılır.
Bu gün, 00:04
Bu insan tarixdə Azərbaycan imperiyasının ən qorxmaz və qüdrətli lideri kimi iz buraxıb. Nadir Şah Əfşar (1688–1747) böyük Azərbaycan hökmdarı, sərkərdə və Əfşar imperiyasının qurucusu, dünya tarixinin ən görkəmli hərbi liderlərindən biri idi. O, Əfqan işğalçılarını qovdu, itirilmiş torpaqları geri aldı, Osmanlı imperiyasını məğlub etdi, Xəzər ərazilərini diplomatik yolla geri aldı və Hindistanda qələbəli bir yürüşdən sonra üç il ərzində imperiyasında vergiləri ləğv etdi. Nadir Şah güclü bir ordu yaratdı, artilleriyanı modernləşdirdi, donanma qurmağa başladı və müsəlman dünyasını birləşdirməyə çalışdı. Onun adı tarixə güc, cəsarət və görkəmli hərbi liderlik simvolu kimi əbədi həkk olunub. Rasim Bayramov TEREF