İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış - ŞOK DETALLAR

Bu gün, 17:29           
İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış - ŞOK DETALLAR
Keçmiş “Mossad” rəhbəri David Barneanın 2024-cü ildə İranın sabiq prezidenti Mahmud Əhmədinejadla gizli görüş keçirdiyi və onu İsrail kəşfiyyatı üçün əməkdaşlığa cəlb etməyə çalışdığı iddia olunur.

Modern.az xarici mənbələrə istinadən xəbər verir ki, iddialara görə, İsrail tərəfi Əhmədinejadın gələcəkdə yenidən İran rəhbərliyinə qayıda biləcəyini nəzərə alaraq onu potensial kəşfiyyat aktivi kimi qiymətləndirib.

Məlumata əsasən, fevralın 28-də İsrail aviasiyası Əhmədinejadın olduğu əraziyə zərbə endirib. Hücumun onun mühafizəçilərinin yerləşdiyi bina və zirehli avtomobilinə yönəldiyi bildirilir.

İddialarda qeyd olunur ki, zərbədən dərhal sonra hadisə yerinə qara rəngli “Peugeot” markalı avtomobil gəlib və Əhmədinejadı ərazidən çıxarıb. ABŞ və İran mənbələrinin məlumatına görə, avtomobildə olan şəxslərin “Mossad” əməkdaşları olduğu və sabiq prezidentin İran daxilində gizli təhlükəsiz məkana aparıldığı iddia edilir.

Mənbələr bildirirlər ki, Əhmədinejad bu əməliyyatdan sonra İsrailin onu yenidən hakimiyyətə qaytarmaq planlarından narazı qalıb və təhlükəsiz evdən ayrılıb. Onun daha sonra hansı şəraitdə həmin məkanı tərk etdiyi isə məlum deyil.

İddialara görə, hadisədən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş verənlərdən xəbər tutub və Əhmədinejad saxlanılıb. O, uzun müddət ictimaiyyət qarşısına çıxmayıb və yalnız ötən həftə İranın ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində qısa müddət görünüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru