Nepotizm nədir? - SOCAR-da neftə və neft istehsalına dəxli olmayanlar vəzifəyə gətirilir
Bu gün, 00:00

Nepotizm ( lat. nepos, yiy. hal. nepotis "nəvə, bacıoğlu, qardaşoğlu", həmçinin — qohumbazlıq, tayfabazlıq, favorotizmin bir növü, imtiyazların, vəzifələrin qohum və dostlara - onların peşəkar qabiliyyətlərindən asılı olmayaraq - verilməsi (məs. işə qəbul zamanı)
Nepotizmin ziyanı ondadır ki, insan yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, peşəkar seçim olmadan və çox halda ümumiyyətlə yaxşı mütəxəssis olmadığı halda təyin olunur.
BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Misal üçün 2004-cü ildə Norveç Qırmızı Xaç Komitəsinin rəhbəri xəstəxana təmirinin sifarişini qardaşlarının rəhbərlik etdiyi şirkətə verdiyi üçün beş il yarım müddətinə həbsə məhkum olunub.☝
İndiki halda isə....
Hörmətli Teymur Aghayev yazır ki;
SOCAR-ın nəqliyyat idarəsi üstündə sözün əsl mənasında qırğın gedir. Bir tərəfdən cənab Nazir Mikayıl Cabbarovun kadrı olan, hal-hazırda SOCAR Prezidentinin müşaviri olan Elçin Ağakişiyev, o biri tərəfdən SOCAR prezidenti Rövşən Nəcəfin sinifyoldaşı olan və hal-hazırda SOCAR Aparat Rəhbəri vəzifəsində olan Hafiz Zeynalov. Nəqliyyat İdarəsi pul silmək üçün ən rahat idarələrdən biri olduğu üçün kimin kurasiyasına keçəcəyi uğrunda sözün əsl mənasında qırğın gedir. Təəssüfki SOCAR rəhbərliyi necə düzəldək, yoluna qoyaq, işçilərin şəraitini yaxşılaşdıraq, əməkhaqqılarını qaldıraq, xalqımız və dövlətimizin mənafəyi üçün çalışmaq əvəzinə, necə daha çox pul qoparaq, silək və yeyək fikirləşir.
Elçin Ağakişiyev müəəlimdə bütün qazma və tikinti idarələrinə nəzarət edir. Əlbəttəki ixtisasca nə qazmaçı nədə tikintiçidir. SOCAR üçün adi hal
Təəssüfki rəhbərlər özləri neft sahəsinə tamamilə aidiyyəti olmayan yerlərdən təyin olunurlar. Əlbəttəki dost, tanışlıqla. Vəzifəyə təyin olunandan sonra isə özlərini hamıdan ağıllı və bacarıqlı olduqlarını düşünürlər, halbuki ömür boyu özlərinin əli neftə batmamış, sahə nədir bilmirlər. SOCAR-da downstream-ə nəzarət edən vitse-prezidentin müavinlərindən biri zavoda səfəri zamanı sözün əsl mənasında səs-küydən qorxub qaçmış, elə bilmişdiki bu dəqiqə partlayış olacaq. Yazıq görməyib axı, alverçılikdən gəlib olub zavoda nəzarət edən olub. zavodda bəzi avadanlıqların müəyyən vaxtdan bir səs yaratmasını, zavodun işləmə prinsipini bilmir.
Hörmətli finansist, neft hasilatına rəhbərlik edən Babək Hüseynov isə hələdə ixtisası üzrə təhsilini davam etdirir. Təcrübə isə -0.
Mirvari Gahramanli

