Banqkokda güclü yanğın baş verib: Onlarla ölü və yaralı var - VİDEO

Bu gün, 16:44           
Banqkokda güclü yanğın baş verib: Onlarla ölü və yaralı var - VİDEO
Tailandın paytaxtı Banqkokda barda baş verən güclü yanğın nəticəsində azı 27 nəfər həlak olub, daha 63 nəfər yaralanıb.

Bu barədə "Associated Press" (AP) agentliyi Tailandın Baş naziri Anutin Çarnvirakulun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, xüsusi xidmət orqanları hadisə yerinə çatanda yanğın artıq bütün binanı bürümüşdü.

Baş nazir hadisə yerində jurnalistlərə açıqlamasında 27 nəfərin öldüyünü, daha bir neçə nəfərin isə xəstəxanaya çatdırıldığını təsdiqləyib. O bildirib ki, yanğının başvermə səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru