ABŞ-nin strateji neft ehtiyatları 40 ilin minimumuna düşdü

Bu gün, 09:26           
ABŞ-nin strateji neft ehtiyatları 40 ilin minimumuna düşdü
ABŞ-nin strateji neft ehtiyatlarının həcmi son 40 ildən artıq müddətdə ən aşağı səviyyəyə enib.

Bu barədə NEWS.ru ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyasının (EIA) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, iyulun 24-də başa çatan həftənin nəticələrinə əsasən, ABŞ-nin strateji neft ehtiyatları təxminən 3.8 milyon barel azalaraq 307.65 milyon barel təşkil edib.

Bu göstəricidən daha aşağı səviyyə sonuncu dəfə 1983-cü ilin mart ayında qeydə alınıb. Həmin vaxt strateji neft ehtiyatlarının həcmi 306.964 milyon barel olub. Bu, ehtiyatların yaradıldığı dövrdən bəri qeydə alınan ən aşağı göstərici hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru