"Fənərbağça" Çempionlar Liqasında növbəti mərhələyə adladı - VİDEO

Bu gün, 09:06           
"Fənərbağça" Çempionlar Liqasında növbəti mərhələyə adladı - VİDEO
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qurnik" (Polşa) və "Fənərbağça" (Türkiyə) klubları arasında cavab oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Qarşılaşmada hesabı İstanbul təmsilçisindən Anderson Taliska açıb. O, 12-ci dəqiqədə penaltidən fərqlənib. Ev sahiblərindən Saçek 45+10-cu dəqiqədə hesaba tarazlıq gətirib.

Tərəflər arasında ilk oyun 1:0 hesabı ilə "Fənərbağça"nın qələbəsi ilə başa çatmışdı. İki görüşün yekununda İstanbul təmsilçisi növbəti mərhələyə keçib.

"Fənərbağça" növbəti mərhələdə Avstriyanın "Şturm Qraz" klubu ilə üz-üzə gələcək. İlk oyun avqustun 4-də, cavab matçı isə avqustun 11-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru