ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı
Bu gün, 08:46
Mərkəzi bank funksiyasını həyata keçirən ABŞ Federal Ehtiyat Sistemi (FRS) 28-29 iyul tarixlərində keçirilən iclasın yekunlarına əsasən, faiz dərəcəsini illik 3.5-3.75% səviyyəsində saxlayıb.
Bu barədə tənzimləyici qurumun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, FRS uçot dərəcəsini ardıcıl beşinci dəfə dəyişməz saxlayıb. Bu, FRS rəhbərinin dəyişməsindən bəri keçirilən ikinci iclasdır - may ayının sonundan bu postu Kevin Uorş tutur.
İyun ayında keçirilən əvvəlki iclasda tənzimləyici faiz dərəcəsini yenə də illik 3.5-3.75% səviyyəsində saxlamış, lakin növbəti illər üçün makroproqnozlarını yeniləmişdi.
Yanvar, mart və aprel iclaslarında da FRS-in uçot dərəcəsi dəyişməz qalmışdı. Buna qədər isə tənzimləyici qurum dərəcəni ardıcıl üç dəfə endirmişdi. FRS sonuncu dəfə dərəcəni 2023-cü ilin iyulunda qaldırmışdı.