ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib - VİDEO
Bu gün, 09:20
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələrin endirilməsini artıq başa çatdırıblar.
Bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında paylaşıb.
"Mərkəzi Komandanlıq qüvvələri dünən ABŞ hərbçilərinə qarşı edilən raket hücumu cəhdinə cavab olaraq İrana qarşı həyata keçirilən güclü zərbələr dalğasını yekunlaşdırıb", - deyə məlumatda vurğulanıb.
Komandanlığın bəyanatına görə, ABŞ Silahlı Qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus onlarla obyekti, o cümlədən hərbi komanda məntəqələrini, raket və dronların yerləşdirildiyi əraziləri, sahil müşahidə və müdafiə obyektlərini, eləcə də Hərbi Dəniz Qüvvələrinə aid vasitələri məhv edib.
Qeyd edək ki, ABŞ qüvvələri Bakı vaxtı ilə saat 04:00-da İrana zərbələr endirməyə başlayıb.
Bundan əvvəl İrana qarşı yeni hücum dalğasının başlaması barədə "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid "X" hesabında bildirmişdi.